Skuter icarəsinə faktiki qadağa aprelin 2-də keçirilən referendumda təsdiqlənib və bu referendum zamanı iştirakçıların 90 faizi şəhərdə xidmətin ləğvini dəstəkləyib.
Ümumilikdə seçici siyahılarında qeydə alınmış 1,3 milyon parislidən 103 mini səsvermədə iştirak edib. Referendum məsləhət xarakterli olsa da, şəhərin meri Ann İdalqo vədinə əməl edəcəyinə və qərarı həyata keçirəcəyinə söz verib.
İndi sentyabrın 1-dək üç icarə şirkəti "Dott", "Lime" və "Tier" 15 min elektrik skuterini şəhərdən çıxarmalı olacaq.
/atributinfo.az/
