Sizin reklam burada
Sizin reklam burada
  • Kanadada yanğınlar davam edir

    Atributinfo.az xəbər verir ki, Kanadanın şimal-qərb bölgəsində yanğınlarla mübarizə davam edir.
    Yanğının yaxınlaşdığı Hay River qəsəbəsində insanlar təxliyə olunur.
    Ərazi rəhbərliyindən verilən məlumata görə, qalan şəxslərin məsuliyyəti özlərinə aid olacaq və heç bir təcili yardım heyəti və ya müdaxilə olmayacaq.
    Qeyd edək ki, Kanadada bu il baş verən meşə yanğınları "ölkə tarixinin ən pis meşə yanğını mövsümü" adlandırılıb.
    Kanada Qurumlararası Meşə Yanğın Mərkəzinin (CIFFC) verdiyi məlumata görə, ölkə ərazisində 31 məntəqədə yanğınla mübarizə davam edir. Yanğınlardan 663-ü nəzarətdən çıxıb, 213-nü isə nəzarət altına almaq mümkün olub.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ