Sizin reklam burada
Sizin reklam burada
  • Türkiyənin şimal-qərbində meşədə yanğın olub

    Atributinfo.az xəbər verir ki, Türkiyənin şimal-qərbində, Çanaqqala vilayətində meşə yanğını olub.
    Səlahiyyətlilər yanğın zonasının bilavasitə yaxınlığında yerləşən kəndlərdən birinin sakinlərini təxliyə edib.
    Yanğının səbəbi hələlik məlum deyil. Lakin güclü küləyin təsiri altında yanğının sürətlə yayılması riski var. Söndürmə işlərinə yanğınsöndürən helikopterlər və təyyarələr, habelə çoxlu sayda yanğınsöndürmə briqadaları cəlb olunub.
    Yanğın nəticəsində ölən və ya yaralananlar barədə hələlik məlumat yoxdur. Yanğın zamanı bir neçə heyvan xəsarət alıb.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ