Sizin reklam burada
Sizin reklam burada
  • Tramp həbsxanaya könüllü gedəcək

    Atributinfo.az xəbər verir ki, ABŞ-ın Corciya ştatında seçkilərə müdaxilədə ittiham olunan Donald Tramp Fulton əyalətinin həbsxanasına könüllü şəkildə gedəcək.
    Bunun avqustun 24 və ya 25-də baş verəcəyi gözlənilir.
    Məlumata görə, Fulton əyalətinin prokuroru Fulton Feni Uillis daha əvvəl demişdi ki, Tramp və digər müttəhimlərə avqustun 25-dən gec olmayaraq hakimiyyət orqanlarına təslim olmaq əmri verilib.
    “Müttəhimlərə qeyd olunan həbsxanaya gəlmək tapşırılıb, onlar burada rəsmi həbs prosedurundan keçəcəklər - onların üzərində axtarış aparılacaq, fotoşəkilləri çəkiləcək, həmçinin barmaq izləri alınacaq. Şərif dəftərxanası vurğulayıb ki, “təqsirləndirilən şəxs istənilən vaxt gələ bilər, həbsxana həftənin yeddi günü, sutkanın 24 saatı açıqdır”, - deyə məlumatda qeyd olunub.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ