Sizin reklam burada
Sizin reklam burada
  • Türkiyənin Çinə kimyəvi maddə məhsulları ixracının həcmi açıqlandı

    Türkiyənin Çinə kimyəvi maddə məhsulları ixracının həcmi açıqlandı Atributinfo.az xəbər verir ki, Türkiyənin 2023-cü ilin yanvar-iyul aylarında Çinə kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz azalaraq, 241,5 milyon dollar olub.
    Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildirilib.
    İyul ayında Türkiyənin Çinə kimyəvi maddə məhsulları ixracatı 2022-ci ilin eyni ayı ilə müqayisədə 72 faiz azalaraq 14,7 milyon dollar olub.
    Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,3 faiz azalaraq, 16,7 milyard dollara bərabər olub.
    Bu ilin iyul ayında Türkiyə 2 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 25,7 faiz azdır.
    Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2022-iyul 2023) Türkiyə 30,5 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ