Atributinfo.az xəbər verir ki, Rusiyanın Ussuriysk şəhərində daşqının qarşısını almaq üçün yaradılmış bənd uçub. Rusiya KİV-ə istinadən xəbər verilir ki, 200-ə yaxın insan ərazidən təxliyə edilib. Rəsmilər hadisəni təsdiqləyiblər. Hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər görülür.