Sizin reklam burada
Sizin reklam burada
  • Almaniyada bir nəfər iki evə girərək üç nəfəri güllələyib

    Atributinfo.az xəbər verir ki, Almaniyada bir nəfər şəxs Auqsburq yaxınlığındakı Lanqveyd kommunasında iki yaşayış binasına basqın edib, bir neçə nəfəri güllələyib və yaralayıb.
    Bu barədə "Bild" nəşri hüquq-mühafizə orqanlarına istinadən bildirib.
    Qeyd olunub ki, 49 və 72 yaşlı iki qadın, həmçinin 52 yaşlı kişi ölüb.
    Hücum edən şəxs daha sonra qonşu evinə daxil olub və orada 32 yaşlı qadını və 44 yaşlı kişini yaralayıb.
    Hazırda şübhəli bilinən şəxs həbs edilib. Polisin məlumatına görə, onun 64 yaşı var, motivi məlum deyil.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ