Konqoda silahlıların hücumu nəticəsində 14 nəfər ölüb
Dünya
3-10-2022, 07:04
372
Konqo Demokratik Respublikasında (KDR) "Demokratik Qüvvələr Alyansı" ekstremist qruplaşmasının silahlıları tərəfindən ən azı 14 nəfər öldürülüb. Bu barədə "Agence France-Presse" agentliyi xəbər verib. Məlumata əsasən, maçetələrlə silahlanmış şəxslər kəndə basqın edərək yerli sakinlərə hücum ediblər, nəticədə 14 nəfər ölüb, iki nəfər yaralanıb. İki uşaq isə itkin düşüb.