Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Rusiyaya qarşı apardığı müharibədə şücaət göstərmiş azərbaycanlı hərbçiləri mükafatlandırıb. Kçik çavuş Azad Sultan oğlu Cəlalov 3-cü dərəcəli "İgidliyə görə" ordeni ilə təltif olunub. Kiçik çavuş Vitali Maşallah oğlu Əmirşahov isə "Ukraynaya hərbi xidmət" medalı alıb.