Sizin reklam burada
Sizin reklam burada

Peruda avtobus dərəyə aşıb, çox sayda ölən var

Peruda avtobus dərəyə aşıb, çox sayda ölən var Perunun Ankaş departamentində sərnişin avtobusu dərəyə aşıb.
"ANDİNA" agentliyi istinadən xəbər veririk ki, Tayabamba şəhərindən ölkənin paytaxtı Lima şəhəri istiqamətində hərəkət edən avtobusun qəzaya uğraması nəticəsində 11 nəfər həlak olub, 35 nəfər isə xəsarət alıb.
Məlumata əsasən, nəqliyyat vasitəsi təxminən 100 metr hündürlükdən dərəyə aşıb. Qəzanın səbəbi hələ müəyyən edilməyib.
Xəsarət alan sərnişinlər Siuas şəhər xəstəxanasına çatdırılıb. Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ