"Rusiya heç kimə hücum etmək niyyətində deyil"
"Biz Zelenskindən təslim olmağı deyil, müqavimətə son qoymağı tələb edirik"
Rusiyanın xarici işlər naziri Sergey Lavrov yenidən Ukraynanın ünvanına təhqiramiz ifadələlərə yol verib. O, Ukraynada "denasifikasiya"nın bu ölkənin prezidentinin yəhudi olması ilə necə uzlaşması barədə danışıb.
Bu barədə o, İtaliyanın "Mediaset.it" telekanalına müsahibəsində bəyan edib.
Lavrov İtaliyanı "Rusiyaya qarşı olanların ilk sırasında olmasına görə" ittiham edərək bəyan edib ki, Rusiya hakimiyyəti təəccüblənmir, çünki "biz buna alışmışıq".
Lavrov Rusiyanın, guya, Ukraynanın "təslim olmasını" tələb etməsi barədə fikirləri təkzib edib.
"Biz təslim olmağı deyil, müqavimətə son qoymağı və mülki əhalini buraxmağı tələb edirik?", - o, bəyan edib.
Lavrov deyib ki, Rusiya hipersəsli silahını döyüş növbəsində saxlayır və Rusiyaya hücum olacağı təqdirdə onu tətbiq edəcək. Bu zaman o, özünün iki ay əvvəlki iddiasını təkrarlayaraq deyib ki, Rusiya heç kimə hücum etmək niyyətində deyil.
"Rusiya heç vaxt nüvə müharibəsinin qarşısının alınması haqqında sazişin əldə edilməsi üzrə səylərini əsirgəməyib, lakin Zelenski danışıqları sabotaj edib, - Lavrov bəyan edib.- Zelenski ölkələr arasında sülhə kömək edə bilər, amma bunun üçün öz nasist qüvvələrinə cinayətkar əmrlər verməkdən çəkinməlidir".
İtalya jurnalistinin "Özünə yəhidi əsilli prezident seçən ölkədə "nasist qüvvələr" haqqında necə danışmaq olar?" sualına cavabında o, deyib: "Nə olsun ki, o, yəhudidir. Mən inanıram ki, Hitlerin də yəhudi qanı olub. Ən böyük antisemitlər həmişə yəhudilər olub".
Xatirə kompleksinin sədri Yad Dani Lavrovun məhz İsraildə Xolokost qurbanlarının xatirəsinin anım günündə belə bəyanatını pisləyib və onu "cəfəng və təhlükəli" adlandırıb.
