Sizin reklam burada
Sizin reklam burada
  • Meksikada gizli at yarışları zamanı 11 nəfər güllələnib

    Meksikada gizli at yarışları zamanı 11 nəfər güllələnib Meksikanın Çihuahua ştatında keçirilən gizli at yarışında atışmada 11 nəfər həlak olub.
    Zərərçəkənlərin beşinin yerindəcə, qalanlarının isə xəstəxanalara aparılarkən yolda dünyasını dəyişdiyi bildirilir.
    Ştatının təhlükəsizlik naziri Gilberto Loya Çavesin sözlərinə görə, hücumun səbəbi məlum deyil.
    Hazırda Meksika polisi yarışların niyə gizli keçirildiyini anlamağa çalışır, belə ki at yarışları ölkə qanunları ilə qadağan olunmur.
    İlkin ehtimallara görə, ölənlər və atəş açanlar yerli cinayətkar dəstələrin üzvləri olub. Hadisə yerində odlu silah, xeyli sursat tapılıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ