Bu barədə Rusiya XİN yaydığı məlumatda deyilir.
Rusiya XİN rəhbəri Türkiyəli həmkarına bildirib ki, danışıqların nəticəsi tamamilə Kiyevin Rusiya Federasiyasının qanuni tələblərini nəzərə almağa hazır olmasından asılıdır.
Tərəflər həmçinin “3+3” formatının aktivləşdirilməsi də daxil olmaqla, Qafqazda nizamlanmaya kömək niyyətlərini təsdiqləyərək, ikitərəfli münasibətləri müzakirə ediblər.
