Aprelin 7-də yerli polisə Rumıniya hüquq-mühafizə orqanlarından təcili müraciət edərək, Bolqarıstan ərazisində avtomobilin və içərisində olan şəxslərin, o cümlədən keçmiş nazirin tapılmasında kömək istəyib.
Udrya "Kulata" keçid məntəqəsi yaxınlığında saxlanılıb.
Rumıniya xüsusi xidmət orqanlarının məlumatına görə, Udrya vəzifəsində olarkən müxtəlif şirkətlərdən 1,1 milyon avrodan çox rüşvət alıb. Sabiq nazir barəsində ekstradisiya prosesi başlanacaq.
