Sizin reklam burada
Sizin reklam burada
  • Moskva və Kiyev Çernobıl AES-lə bağlı razılığa gəldilər

    Moskva və Kiyev Çernobıl AES-lə bağlı razılığa gəldilər Rusiya tərəfi Ukrayna hərbçiləri ilə Çernobıl atom-elektrik stansiyasının təhlükəsizliyinin birgə təmin olunması barədə razılıq əldə edib.
    Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
    O qeyd edib ki, tərəflər enerji bloklarının və sarkofaqların təhlükəsizliyinə birgə nəzarət edəcəklər.
    “Rusiya hərbçiləri tərəfindən Çernobıl AES-in nəzarətə götürülməsi onun təhlükəsizliyinə xələl gətirməyəcək şəkildə həyata keçirilib”, - diplomat vurğulayıb.
    M.Zaxarova bildirib ki, Rusiya tərəfi sözügedən obyektin təhlükəsizliyini təmin etmək üçün bundan sonra da hər cür səy göstərmək niyyətindədir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ