Sizin reklam burada
Sizin reklam burada
  • Zelenski Ukraynada insanların həlak olmasına görə Qərbi təqsirləndirib

    Zelenski Ukraynada insanların həlak olmasına görə Qərbi təqsirləndirib Ukraynada insanların həlak olmasına görə məsuliyyət səmanı uçuşlara bağlamaqdan imtina edən və təyyarələr verməyən Qərb ölkələrinin üzərinə düşür.
    Bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.
    “On üç gündür biz yalnız vədlər eşidirik. On üç gündür bizə deyirlər ki, indicə səmada kömək olacaq, təyyarələr olacaq, bizə onları verəcəklər”, - deyə Zelenski narazılıq edib.
    O bildirib ki, Ukraynada insanların həlak olmasının günahı Rusiyanın üzərindədir, amma buna görə məsuliyyət o cümlədən Qərb ölkələrinin üzərinə düşür. Buna və digər baş verənlərə görə Qərbdə, oradakı hansısa kabinetlərdə zəruriliyi açıq-aydın görünən qərarlar qəbul edə bilməyənlər məsuliyyət daşıyır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ