Sizin reklam burada
Sizin reklam burada
  • Avropa turistsiz qaldı - Pakistan hava məkanını bağladığı üçün

    Avropa turistsiz qaldı - Pakistan hava məkanını bağladığı üçün Tailandın “Thai Airways” şirkəti Avropanın bir neçə şəhərinə və əks istiqamətdə olan onlarla reysi təxirə salıb.
    Buna Kəşmir böhranı ilə əlaqədar Pakistanın hava məkanını bağlaması səbəb olub.
    Qeyd olunur ki, ötən gündən başlayaraq nəzərdə tutulmuş London, Paris, Brüssel, Milan, Münhen və Frankfurt şəhərlərinə və əks istiqamətdə uçuşlar ləğv edilib.
    Nəticədə 5 minə yaxın avropalı turist Banqkok hava limanında qalıb.
    “Thai Airways” uçuşların bir qisminin həyata keçirilməsi məqsədilə Çinin hava məkanından istifadə etmək üçün müraciət edib.
    Bu arada Pakistan hava məkanından istifadə qadağasını martın 1-i səhər saatlarınadək uzadıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ