Bunu "atributinfo .az"a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib. O, əlavə edib ki, açılış nitqlərində səhiyyə sektorunun inkişafı, dövlət–özəl tərəfdaşlığı və sahibkarlara göstərilən dəstək barədə geniş məlumat verildi:
"Görüş zamanı innovativ texnologiyalar, icbari tibbi sığorta və özəl tibb müəssisələrinin imkanları ilə bağlı təqdimatlar maraqla qarşılandı. Yeni əməkdaşlıqlar və ideyaların müzakirəsi ilə tədbir çox səmərəli keçdi." - Deputat deyib.
Bəradər Səməndərli
"Atributinfo.az"
