
Xəstəxanadan bildirilib ki, artıq istər Abşeron rayonu ərazisində yaşayan vətəndaşlar, istərsə də tibb müəssisəsinə birbaşa müraciət edənlər ixtisaslı həkim tərəfindən göstəriş olarsa, MRT müayinəsindən icbari tibbi sığorta çərçivəsində ödənişsiz yararlana biləcəklər.
Xatırladaq ki, maqnit rezonans tomoqrafiya insanların daxili quruluşuna baxmaq üçün daha çox tibdə istifadə edilən, maqnetik dalğa prinsipi ilə çalışan bir müayinə metodudur. Miqren, baş ağrılarında, nevroloji xəstəliklərə, beyin şişindən şübhələnən pasiyentlərdə, epileptik növbə keçirən xəstələrdə, göz, qulaq, çənə oynağı problemi olan xəstələrdə, onurğa problemi, disk oynamaları və disk yırtıqlarında, bel, diz kimi oynaqlar və bağların qiymətləndirilməsində, idman yaralanmalarında, ürək xəstəliklərində, döş və qarın daxili orqan xəstəliklərində, sümük quruluş xəstəliklərində MRT aparıla bilər. Tam təhlükəsiz və ağrısız müayinə üsuludur.