
Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov xatırladıb ki, ərəb dili özünün tarixiliyi, söz ehtiyatının genişliyi cəhətdən dünyanın ən zəngin dillərindən hesab edilir. Məhz buna görə də 1973-cü ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assembleyasında ərəb dili qurumun rəsmi dili elan edilib. 2010-cu ildən etibarən 18 dekabr tarixi Beynəlxalq Ərəb Dili Günü kimi qeyd edilir.
Tədbirdə çıxış edən səfir İssam bin Saleh əl-Cuteyli deyib ki, ərəb dili bəşəriyyətin ən qədim dillərindən biridir. Bu dil İslamın dilidir və dünyada geniş yayılıb. Keçmişdə azərbaycanlı tarixçilər, şairlər ərəb dilində əsərlər yazaraq, onun zənginləşməsinə öz töhfələrini veriblər. Səfir hazırda da Azərbaycanda ərəb dilinə böyük diqqət olduğunu deyib. O bildirib ki, Azərbaycanda 10-a yaxın məktəbdə və 6 nüfuzlu universitetdə, o cümlədən BDU-da ərəb dili tədris olunur.
İttifaq MİRZƏBƏYLİ