VI çağırış Milli Məclisin deputatı
Müəllim yüksək bilik, əqidə, mədəniyyət, mənəviyyat deməkdur. Müəllim həm də yaxşı vətəndaş deməkdir. Bilik müəllimin əsas silahıdır. Müəllim şagirdlərə, tələbələrə biliklə yanaşı öyrənməyi də aşılayır.
Müəllimlik həm də vətənpərvərlik peşəsidir. Məhz müəllim bilik verməklə yanaşı uşaqları, gəncləri vətənə məhəbbət ruhunda tərbiyə edir, onları vətənin müdafiəsinə hazırlayır. Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev 2024-cü ildə Prezident seçildikdən sonra andiçmə mərasimində Böyük qələbənin qazanmasında təhsilin və müəllimin rolunu xüsusi vurğulamışdır.
Müəllim peşəsi həm də uşaqları sevmək deməkdir. L.N.Tolstoya görə, öz işini sevən müəllim yaxşı müəllimdir, bununla yanaşı uşaqları və fənnini sevən müəllim isə əla müəllimdir.
Əziz müəllimlər!
Bayramınız mübarək! Hər birinizə bu məsuliyyətli və şərəfli işinizdə uğurlar, şəxsi həyatınızda isə xoş günlər arzulayıram.
