Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, tədbirdə soydaşlarımız və yerli ictimaiyyət nümayəndələri ilə yanaşı, Almaniya və Finlandiyadan da qonaqlar iştirak ediblər.
Fəxri qonaqlar sırasında yer alan Azərbaycan parlament qrupunun sədri Riyna Solman dostluq münasibətlərinə və mədəni dialoqa göstərilən dəstəyə görə minnətdarlığını bildirib.
Bakıdan dəvət olunmuş musiqişünas Mübariz Əliyevin sazda ifası, bundan başqa qarmon ifaçısı Elnur İmanovun, “Grace” və “Leesikad” qruplarının çıxışları rəğbətlə qarşılanıb.
İştirakçılara milli mətbəximizdən müxtəlif yeməklər, şirniyyatlar, həmçinin Azərbaycan istehsalı olan qida məhsulları təqdim edilib.
