Bunu Milli Məclisin deputatı İltizam Yusifov "atributinfo.az"a açıqlamasında bildirib.
O, əlavə edib ki, Əziz Sancar “Türk dünyası elm siyasəti: reallıqlar və çağırışlar” mövzusunda elmi məruzə ilə çıxış etdi. Çıxışında elmi fəaliyyət təşkilindən, elmin insanlığa, bəşəriyyətə xidmət etməsindən söz açdı. Türk dünyası ilə Çinin son 50 ildə elmi fəaliyyətini müqayisələndirərək Türk birliyi ölkələrində elmin inkişaf yollarını barədə fikirlərini bildirdi. Nobel mükafatı laureatı çıxışında əsas preoritet kimi fundamental, təbiət elmlərini əsas kimi göstərib, oğlan və qızların bərabər təhsil hüquqlarının təmin olunması, nəzəriyyələrin təcrübədən keçirilməsi, alimlərin təşviq edilməsi kimi tövsiyələrini də səsləndirdi.
Bəradər Səməndərli
"Atributinfo.az"
