Bu gün görkəmli alim,fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Mühəndislik Akademiyasının prezidenti,Beynəlxalq Mühəndislik Akademiyasının vitse-prezidenti, Azərbaycan Dövlət Mükafatı laureatı, Azərbaycan Respublikasının əməkdar elm xadimi, bir çox beynəlxalq akademiyaların üzvü,Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayevin 90 illik yubileyidir. Arif müəllimin bir alim kimi Azərbaycan elminə verdiyi töhfələr saymaqla bitməz. Bir ziyalı olaraq aktiv və o çoxşaxəli fəaliyyəti ilə cəmiyyəti yetərincə faydalandırmaqdadır. Azərbaycanın elm və təhsili üçün yüksəkixtisaslı mütəxəssislər yetişdirilməsinə öz diqqətini heç bir zaman əsirgəmir. Perspektivli gənclərin inkişafı üçün bütün imkanlarını səfərbər edir. Azərbaycan elmi elitasının parlaq nümayəndələrindən biri olan akademik Arif müəllimi 90 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, ölkəmizin elminin inkişafı naminə yorulmaz fəaliyyətində davamlı uğurlar, möhkəm can-sağlığı, tükənməz həyat enerjisi arzulayıram. Əliabbas Salahzadə Milli Məclisin deputatı