Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycanlı müğənninin arvadı ABŞ-dən 360 000 dollar tələb edir

    Atributinfo.az xəbər verir ki, məşhur opera müğənnisi Anna Netrebko Nyu-Yorkdakı məşhur Metropoliten Operaya qarşı məhkəmə iddiası qaldırıb.
    “Guardian”a istinadla xəbər verilir ki, xanım müğənni opera şirkətindən 360 000 dollar maddi təzminat tələb edir.
    Buna səbəb Ukraynaya hücumu müdafiə edən bəyanatlarına görə Netrebko ilə əməkdaşlığa xitam verilməsidir. Opera isə müğənninin iddialarını əsassız hesab edir. Bildirilir ki, ötən il ona müəyyən məbləğdə təzminat ödənilib.
    Qeyd edək ki, dünya şöhrətli opera müğənnisi Anna Netrebko azərbaycanlı musiqiçi, Xalq artisti Yusif Eyvazovun arvadıdır.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ