Sizin reklam burada
Sizin reklam burada
  • Naxçıvanın gənclər və idman naziri vəzifəsindən azad edilib

    Atributinfo.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov, Ramil Hacılının Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
    Sərəncamda deyilir:
    "Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram: Ramil Qəşəm oğlu Hacılı Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifəsindən azad edilsin".
    Digər sərəncamla, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti nazir müavini Məcid Mirəli oğlu Seyidova həvalə edilib.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ