Sizin reklam burada
Sizin reklam burada
  • Təbrik edirəm

    Bu qarmaqarışıq dünyamızda saf adam tapmaq olduqca çətinləşib. Üzdə bir, arxada başqa cür olanların sayı o dərəcədə çoxalıb ki, dürüst insanları kölgədə qoyublar. Doğru-düzgün, əqidəli, vicdanlı insan tapanda qəlbində közərməkdə olan ümid işığı alovlanmağa, yaşamaq eşqi qaynamağa başlayır. Belə nümunəvi insanlardan biri də Fərid bəydir. Fərid dar gündə dosta dayaq, xoş gündə qabaq duran, arxa söykəniləsi, etibar ediləsi, bel bağlanılası dürüst insanlardandı. Fərid, həm də gözəl ailə başçısı, qayğıkeş ata, sədaqətli dostdur. Bu gün onun həyatının dünyaya vəsiqə aldığı əlamətdar təqvimidir.
    Dəyərli qardaşımız, doğum günün mubarək. Qoy, yeni yaşın sənə bol-bol ruzi-bərəkət, möhkəm can sağlıgı, əbədi ailə səadəti bəxş etsin. Boyük rəqəmli yubileylərə imza atsan, can sağlığı ilə.

    Düsrüstlükdə, saflıqda,
    Səndən yaranıb yəni?
    Bu gün doğum günündür,
    Təbrik edirəm səni.

    Yaş 100-ü haqlayanda,
    Əlvida de 90-a.
    Səni təbrik etməyə,
    Gələcəyəm Hövsana.

    Özün kimi, dostların
    Fərid, qoy, fərli olsun.
    Bəradər təbrik edir;
    Yaşın düşərli olsun!

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ