"Atributinfo az" xəbər verir ki, keçirilən aksiya çərçivəsində Göygöl Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin, Göygöl rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin, Göygöl Meşə Mühafizəsi və Bərpası idarəsinin əməkdaşları iştirak etmişlər.
Ümumilikdə 93 nəfərin iştirak etdiyi tədbirdə 3 hektar ərazi tullantılardan təmizlənmiş, toplanmış təxminən 200 kq tullantılar polietilen torbalara toplanaraq Göygöl MKTİB - nə məxsus nəqliyyat vasitəsi ilə ərazidən daşınmışdır.
Bəradər Səməndərli
"Atributinfo.az"
