Atributinfo.az xəbər verir ki, 1-ci və 2-ci turların nəticələrini yekunlaşdıran yarımfinal çıxışlarına fəal hazırlıq gedir.
Mentorlar tərəfindən uğurla həyata keçirilən, saatlarla davam edən məşqlərdə aparıcılar da yaradıcılıq prosesində böyük maraq və həvəslə iştirak edirlər.
Ümumi yaradıcılıq birliyi ab-havasını, bayram əhval-ruhiyyəsini yaradan müəllim və iştirakçıların gördükləri işlərdən, istedad və vokal imkanlarının reallaşdırılmasını nümayiş etdirən videoçarxlar çəkilir.
Bu möhtəşəm “Bakı Payızı-2023 - 35 il sonra” musiqi bayramına qoşulun!
/atributinfo.az/
