Sizin reklam burada
Sizin reklam burada
  • Saatlı Mərkəzi Rayon Xəstəxanası PHŞ uğurlar qarşısında - Bizim müsahibə

    Müsahibimiz Saatlı Rayonu Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin cərrahiyyə şöbəsinin müdiri Əhədağa Soltanovdur.

    Qısa təqdimat:
    Soltanov Əhədağa Mirağa oğlu 1951-ci ildə Saatlı rayonunda anadan olmuşdur.
    1968-1975-ci illərdə Azərbaycan Tibb Universitetində müalicə-profilaktika fakültəsində Həkim-cərrah ixtisası üzrə təhsil almışdır.
    1975-2000-ci illərdə Saatlı Mərkəzi Rayon Xəstəxanasında Cərrah-həkim vəzifəsində çalışmışdır.
    2000-ci il tarixdən “Saatlı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə Cərrahiyə şöbəsinin müdiri vəzifəsində çalışır.

    -Doktor, istərdim söhbətə Azərbaycan səhiyyəsinin bugünkü səviyyəsi ilə bağlı fikirlərinizi öyrənməklə keçid alaq.
    -Hazırda respulikamızda səhiyyənin xidməti mən deyərdim ki, inkisaf etmiş xarici ölkələrin səhiyyəsindən heç də geri qalmır. Məhz bu inkişafin nəticəsidir ki, vətəndaşlarımız əvvəllər ürək əməliyyatı, böyrək transplantasiyası əməliyyatı, qara ciyər köçürülmə əməliyyatı üçün xaricə axın edirdi. İndi bu kimi məsələlər olkə daxilində həllini tapır. Tibb işçiləri, xüsusən də gənc həkim kadrlar uzmanlıqla əlaqədar Türkiyədə, Almaniyada, Amerikada və digər sivilizasiyalı xarici ölkələrdə 3 və ya 5 il çalışıb uzmanlıq dərəcəsi alıb gəldiklərinin bariz nümunəsidir ki, vətəndaşlarımız daha çox bizim səhiyyəyə müraciət edirlər. İndi bütün əməliyyatlar respublikamızda çox geniş miqyasda aparılır. Bir misal çəkə bilərəm Rəşad Mahmudov Milli Məclisin deputatıdır, çox yaxşı tanıyırsız. Respublika səviyyəsində bugünədək ürək köçürülmə əməliyyatı aparılmayıb. İndi artıq məlumatımız var ki, yaxın vaxtlarda respublikada ürək transplantasiya əməliyyatı uğurla həyata keçiriləcək. Onunla əlaqədar olaraq çox böyük hazırlıq gedir. Parlamentə Rəşad Mahmudov kimi təcrubəli doktorların deputat seçilməsi mənə elə gəlir ki, səhiyyəmizin inkişafına böyük təkan verəcək. Demək istəyirəm ki, hal-hazırda səhiyyənin vəziyyəti çox yüksək səviyyədədir.
    -İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar fikirlərinizi bilmək maraqlı olardı.
    -İcbari tibbi sığorta ilə əlaqədar onu deyə bilərəm ki, məsələn, 5 il bundan əvvəl gəlib buranın vəziyyətini görmüsünüz. Siz həmişə bizlə kontakda olmusunuz və dəfələrlə mediada Saatlı rayon Mərkəzi Xəstəxanası barəsində çıxışlarınız olub. Biz onu yüksək səviyyədə qarşılayırıq. İcbari sığortanın tətbiqindən sonra görürsüz ki, Saatlı səhiyyəsində nə qədər irəliləyiş var. Burada şöbələri gəzsəniz görərsiz ki, bizdə olan maddi texniki baza, səliqə-səhman qonşu Rayon Xəstəxalarında yoxdur. Burada qəbul şöbəsi təşkil olunub.
    -Bir qədər də rəhbəri olduğunuz cərrahiyyə şöbəsindən danışasız.
    -Öz sahəm üzrə qeyd etmək istəyirəm ki, hazırda şöbədə 2 əməliyyat blokumuz var və bu cərrahi əməliyyat blokları qonşu rayonlarda yoxdu. Son vaxtlar İcbari tibbi sığorta tərəfindən ən ağır cərrahi əməliyyatların həyata kecirilməsi üçün yüksək səviyyədə maddi texniki təchizat yaradılıb. Eyni zamanda dərman təchizatı qənaətbəxşdir. Əməliyyatların gedişi ilə əlaqədar olaraq demək olar ki, çətinliyimiz yoxdur. Təbii ki, tamam çətinliyimiz yoxdur demək düzgün olmazdı. Son vaxtlar reanimatoloq, anesitizioloq, rayonda olmadığına görə, əməliyyat zamanı bu, bizdə müəyyən çətinliklər yaradır.
    -Xəstəxanaya yeni rəhbər təyin olunub. Nə kimi, işlər gorulüb rəhbər dəyişikliyindən sonra?
    -Yeni rəhbərimiz
    Pərvin Məmmədov çox savadlı və vəzifəsinə layiq olan şəxslərdən biridir. O, gələndən sonra bəzi çatışmazlıqlarla bağlı yuxarı rəhbərlik qarşısında məsələ qaldırdı. Məhz, onun köməkliyi ilə Sabirabaddan yarımaklad 2 nəfər reanimatoloq-anestezioloq cəlb edildi və hazırda demək olar ki, hər hansı cərrahi xidmət üzrə başqa rayonlara axın yoxdu. Qeyd etdiyim kimi, ən ağır cərrahi əməliyyatların aparılması üçün indi bizdə şərait var və aparırıq da.
    Yeri gəlmişkən, nəzərinizə çatdırım ki, təcili yardımla əlaqədar olaraq çətinliyimiz yoxdur və təcili yardım maşınları ilə tam təmin olunmuşuq. Bu səbəbdən də hər çağrışa vaxtında gedilir və çox yüksək səviyyədə tibbi xidmət göstərilir. Palatalarda sanitar qovşaqlar yuksək səviyyədə fəaliyyət göstərir. Xəstələr gündə 3 dəfə çox kaloriyalı yeməklə təmin olunurlar. Növbətçi həkimlər 24 saat gün boyu xəstələri bir an belə nəzarətsiz qoymurlar.
    Bir faktı diqqətinizə çatdirmaq istərdim. Doğum şöbəsinə 2-ci hamiləliyi olan xəstə anatonik qanaxma ilə qəbul olunmuşdu. Ölüm-dirim mübarizəsi gedirdi. Məsələ rəhbərliklə təcili müzakirə edildi. Şirvandan ehtiyac olan qan gətirildi və əməliyyat uğurla nəticələnərək ananın və övladın həyatı xilas edildi. Bunu misal çəkməkdə məqsədim bizim sahə üzrə xəstələrin başqa tibb müəssisələrinə getmələrinə lüzum olmadığını bir daha diqqətinizə çatdırmaq istədim. Rəhbərliyin lazım yüksək dəstəyini, köməyini hər an görürük.
    - Kadr çatışmazlığı ilə bağlı nə deyərdiz?
    -Xəstəxanamızda təbii ki, kadr çatışmamazlığı var. Onunla əlaqədar olaraq Pərvin müəllim İcbari tibbi sığorta qarşısında məsələ qaldırıb. Eyni zamanda KT müayinəsi üçün bizdə avadanlıq yoxdu. Xəstələr bu müayinədən keçmək üçün məcbur olub qonşu rayonlara, Sabirabada və Şirvana gedirlər. Rayon İcra hakimiyyəti rəhbərliyi səhiyyə ilə sıx təmasdadır, nümayəndələri real vəziyyəti nəzarətdə saxlamaq üçün mütəmadi gəlirlər və daima səhıyyəni diqqət mərkəzində saxlayırlar. Hər hansı bir çatışmamazlıq olanda rayon icra hakimiyyəti qarşısında məsələ qaldırılır və köməklik göstərilir. Onunda deyim ki, icbari tibbi sığorta yaranandan sonra əmək haqqlarımız artmış və xəstə qəbulundan asılı olaraq əmək haqqlarımıza bonus da gəlir. Məsələn, mən apardığım əməliyyatlara uyğun əməliyyatın qiymətinin 15 faizini aldığım kimi, əməliyyatda iştirak edən hər kəs faizini alır.
    -Müsahibə üçün təşəkkür edirəm.

    Bəradər Səməndərli
    "Atribut" qəzetinin və "Atributinfo.az" saytının baş redaktoru

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ