"Atributinfo.az" xəbər verir ki, “Son zəng” tədbirlərində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev və Aparatın bütün əməkdaşları, eyni zamanda Göygöl rayon üzrə Təhsil sektorunun nümayəndələri, məktəb kollektivləri, şagirdlər, valideynlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər. “Son zəng” müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görülüb.
Qeyd edək ki, 2022-2023-ci tədris ilində Göygöl rayon ümumtəhsil məktəblərində 11 mindən çox şagird oxuyub, onlardan IX siniflərdə 962 nəfər, XI siniflərdə isə 747 nəfər şagird təhsil alıb.
Bəradər
"Atributinfo.az"
