Bu gün xidmətdə cox az sayda məmur tapmaq olar ki, öz işini vicdanla görür. Qalanları o qədər harınlayıb ki, özlərini Misir Fironları kimi aparır. Çünki onların orda-burda obyektləri, yeni 18 mərtəbəli tikililəri (navastroyka), daş karxanaları, yanacaq doldurma məntəqələri, restoranları, Qəbələdə otelləri və bir sıra iaşə obyektləri, miliyonları var. Cənab prezident bununla bağlı göstərişlərini verib. Özünüz də gördünüz ki, nə qədər icra başçısı, nazir müavinləri və yüksək vəzifəli şəxslər tutuldu. Bu həbslər öz vəzifəsindən sui-istifadə edən bütün məmurlara şamil edilməlidir. Cənab prezident ciddi islahatlara başlayıb. Bu məsələdə daha ciddi və əzmlidir. Azərbaycan xalqı da cənab prezidentin bu istiqamətdə atdığı bütün addımları dəstəkləyir. Düşünürəm ki, insanların narazılığına son qoymaq üçün nə qədər harınlamış məmur varsa, hamısı həbs edilməlidir. Cinayət törədən, rüşvətə qurşanan hər kəs öz cəzasını almalıdır.
Bəradər Səməndərli
"Atributinfo.az"
