"Atributinfo.az" xəbər verir ki, sözü gedən aanatoriya Kardiorevmatoloji profilli xəstələrin bərpa müalicəsini və müalicə-sağlamlaşdırma tədbirlərini həyata keçirən müalicə-profilaktika müəssisəsidir. Kardiorevmatoloji Sanatoriyada Fizioterapiya şöbəsi, Kardiologiya şöbəsi fəaliyyət göstərir. Sanatoriyada 2022-ci ildə 787, 2023-cü ilin yanvar–may ayı ərzində 244 nəfər müalicə almış, onlardan 82 nəfəri şəhid ailəsi, 9 nəfəri qazi və veteranlar olmuşdur. Fizioterapiya şöbəsində palçıq, vannalar, Elektroterapiya, Maqnit terapiya, Darsanval, Elektrosəs, Elektrofarez, Elektromassaj, Müalicəvi idman və.s müayinələri aparılır.
Kardiologiya şöbəsində elektrokardioqramma və USM müayinələri aparılır.
Zahir Məmmədov
"Atributinfo.az"
