Çoxəsrlik dövlətçilik tariximizdə dahi şəxsiyyət Heydər Əliyevin öz yeri, öz dəst-xətti vardır."
Bu fikirləri "Atributinfo.az"-a açıqlama verərkən Göygöl rayonu Qızılqaya inzibati ərazi nümayəndəsinin müavini İlkin Məmmədov söyləmişdir.
O, vurğulamışdır ki, dünya tarixinin nadir şəxsiyyətlərindən biri
olan bu böyük insan sözün həqiqi mənasında təkcə öz xalqının deyil, ümumən bəşəriyyətin tərəqqisi yönündə böyük xidmətlər göstərən bir dahi idi: "Azərbaycanın 34 illik dövrü məhz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.Bugünkü müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir. Sevinirik ki, ulu öndərimizin siyasi kursu bu gün Prezident Ilham Əliyevin titanik səyi və rəhbərliyi ilə uğurla davam edirilir. Son illər ölkəmiz daha sürətli inkişaf mərhələsinə qədəm qoyub. İqtisadi inkişaf tempinə görə dünyada lider mövqeyindədir."- İlkin Məmmədov bildirmişdir.
"Atributinfo.az"
