Sizin reklam burada
Sizin reklam burada
  • CƏNAB RƏİS TƏBRİK EDİRİK! - AYBƏNİZ ABDULOVA

    CƏNAB RƏİS TƏBRİK EDİRİK! - AYBƏNİZ ABDULOVAYaxşı dostları təbrik etmək həmişə dostlara xoş gələr... Bu baxımdan onlar həmişə xoş sözlərə layiqdir.
    Bu gün əziz və dəyərli dostlarımızdan biri - Gədəbəy Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Mehman Həşimovun oğlu - Heydər Həşimovun ad günü, şad günüdü... Deyərdim ki, atasının fərəhlə dolu sevincli günüdü...
    Əbədiyaşar Ulu Öndərimizin adını daşıyan balaca Heydər balanın nə az, nə çox düz 12 yaşı tamam olur.
    Bu münasibətlə təbrikə bacıları, atası Mehman müəllim və işlədiyi idarənin kollektiv üzvləri - polis mayoru Rövşən Hüseynov, polis polkovnik-leytenantı Yaşar İsmayılov olmaqla, digər polis əməkdaşları da qoşularaq Heydəri səmimi qəlbdən təbrik edir, təhsil həyatında ona uğurlar diləyirlər.
    Cənab rəis! Biz də media kollektivi adından gözünüzün nuru Heydər balanızı təbrik edir, Allahdan ona uzun ömür, can sağlığı, xoşbəxt gələcək, dərslərində müvəffəqiyyət əldə edərək, tələbə adını qazanmasını və Sizin kimi Vətənə, dövlətə layiqli vətənpərvər övlad olmasını arzu edirik!

    Hörmətlə və ən xoş arzularla: Aybəniz ABDULOVA
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü, araşdırmaçı jurnalist

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ