Saatlı Rayon Mərkəzi Xəstəxanası rayonunun ucqar kəndində tibbi aksiya keçirmişdir.
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin İcraçı direktorunun 2023-cü il "Heydər Əliyev İli"nin qeyd olunması ilə bağlı təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində 12 aprel 2023-cü il tarixdə rayonun ucqar kəndlərindən biri olan Smadakənd kəndində Saatlı Rayon Mərkəzi Xəstəxanası tərəfindən tibbi aksiya keçirilmişdir. Aksiyada Xəstəxananın bir sıra ixtisaslı həkimləri (Ümumi cərrah, Terapevt, Mama-ginekoloq, Pediatr) və rəhbər şəxsləri iştirak etmişdir. Tibbi aksiya zamanı 50-dən çox kənd əhalisi müayinə edilmişdir.
"Heydər Əliyev İli" ilə bağlı təsdiq edilmiş tədbirlər planına uyğun olaraq tibbi aksiyalarımız digər ucqar kəndlərdə davam etdiriləcəkdir.
Bəradər
"Atributinfo.az"
