Sizin reklam burada
Sizin reklam burada
  • Bu gün bayram günüdür - Bahar bayramı, Novruz bayramıdır

    İltizam Yusifov
    Azərbaycan Respublikası Milli Mıclisinin deputatı

    Novruz dünyanın ən qədim, ən müdrik, bayramlarından biridir. Yeni günün (Erkən gün - erkenekon), yeni həyatın başlanğıci mənasını verən Novruzda su, od, torpaq və yel kimi Çərşənbələrin qeyd edilməsi, bu bayramın insanların yaşamı, varlığı üçün ən vacib həyati komponentləri birləşdirərək hansı əhəmiyyətə, məntiqə söykəndiyi bir daha aydın olur. Həyatı baxımdan vacib ənənələri çox düzgün təcəssüm etdirən Novruz insanları həm də vahid mənəviyyat ətrafında birləşdirir. Dostları aramaq, hal-əhval tutmaq, qohumları ziyarət etmək, böyüklərə, valideynlərə baş çəkmək, sevdiklərimizə dəyər vermək, xatırlatmaq, imkansızları sevindirmək, dərdlilərdən hal-üçün özəlliklərindəndir.
    Bu bayram həm də birlik deməkdir, qardaşlıq, doğmalıq deməkdir, bir-birimizi sevmək deməkdir. Novruz o cümlədən halallıq, təmizlik bayramıdır.
    Hər birinizi Novruz bayramı münasibətilə təbrik edirəm. Sizlərə sağlam ömür, yeni, xoş günlər, xoş əhval-ruhiyyə arzulayıram. Yeni ilə, yeni günə yeni duyğularla, yeni arzularla qədəm qoyun.
    Novruz bayramınız mübarək!

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ