Bunu elm və təhsil naziri emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı birgə ictimai dinləmədə çıxışı zaman deyib.
O qeyd edib ki, burada söhbət böyük rəqəmlərdən getmir.
“Artıq ali təhsil müəssisələrində qəbul sayı 50 mindən artıqdır. Bu sayın da 60 minə yaxınlaşması nəzərdə tutulur. İl ərzində təxminən 400-500 istedadlı idmançıların universitetlərə müsabiqədənkənar qəbulu nəzərdə tutula bilər. Bununla həm idmanın inkişafına, həm də Azərbaycan bayrağını yüksəklərə qaldırmağa töhfə vermiş olarıq”, - deyə nazir bildirib.
