Sizin reklam burada
Sizin reklam burada
  • Birinci xanım Mehriban Əliyeva Basqalda kəlağayıya naxış vurub

    Birinci xanım Mehriban Əliyeva Basqalda kəlağayıya naxış vurub Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonunda “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri ilə tanış olublar.
    Dövlətimizin başçısı və birinci xanım buradakı emalatxanada kəlağayı ustası ilə söhbət etdilər.
    Mehriban xanım Əliyeva: Salam, xoş gördük.
    Prezident İlham Əliyev: Salam.
    Usta: Salam. Xoş gəlmisiniz. Allah Sizi var eləsin. Mən Sizinlə fəxr edirəm ki, Sizin sayənizdə Azərbaycan xalqı qalib gəldi.
    Prezident İlham Əliyev: Sağ olun. İşləriniz necə gedir?
    Usta: Yaxşıdır, çox sağ olun.
    Prezident İlham Əliyev: Müştəri çoxdur?
    Usta: Bəli, olur. Çox sağ olun. Allah Sizi var eləsin.
    Fuad Nağıyev: Cənab Prezident, turistlər yavaş-yavaş gəlməyə başlayıblar.
    Usta: Mehriban xanım, bu, bizim naxışımızdır, biz buna “Basqalı” naxışı deyirik. İstəyirsinizsə, əyləşin, bir naxış da siz vurun.
    Birinci xanım Mehriban Əliyeva kəlağayıya naxış vurdu.
    Usta: Mehriban xanım, bu, qədim təsvirləri olan kəlağayıdır. Biz buna “Heratı” deyirik. Naxışları təmiz Azərbaycan naxışlarıdır. Bu naxışların ən azı 300-400 illik tarixi var. Bunu bu alətlə işləmişəm. O dövrdə ustalar bunu necə gözəl yonublar. Azərbaycan sənətkarlar yurdudur. Bu da onun bir nümunəsidir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ