Sankt-Peterburqda Üzeyir Hacıbəyovun abidəsinin təməlqoyma mərasimi keçirilib
Cəmiyyət
26-01-2022, 11:00
519
Rusiyanın Sankt-Peterburq şəhərində görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun abidəsinin təməlqoyma mərasimi keçirilib. Bu barədə "Vestnik Kavkaza" nəşri məlumat verir. Qeyd olunur ki, abidə bəstəkarın adını daşıyan parkda ucaldılacaq. Abidənin müəllifi, Rusiya Rəssamlıq Akademiyası və Florensiya İncəsənət Akademiyasının akademiki, heykəltəraş Aydın Zeynalovdur.