Sizin reklam burada
Sizin reklam burada
  • Vəkillər Kollegiyanının təşəbbüsü ilə genişmiqyaslı ödənişsiz hüquqi yardım aksiyası təşkil edilib

    Aprelin 23-də Vəkillər Kollegiyanının təşəbbüsü ilə genişmiqyaslı ödənişsiz hüquqi yardım aksiyası təşkil edilib.
    Milli Məclisin Sədrinin 1-ci müavini Əli Hüseynli, deputat Aydın Mirzəzadənin təşəbbüsləri ilə Mingəçevir şəhərində və Milli Məclisin sədrinin müavini Fəzail İbrahimli, deputatlar Malik Həsənov və Elman Nəsirovun təşəbbüsləri ilə Cəlilabad rayonunda ödənişsiz hüquqi yardım aksiyaları keçirilib.
    Ümumi aksiya çərçivəsində Mingəçevir şəhər Vəkil Bürosunun 8 vəkili tərəfindən 15 vətəndaşa, Cəlilabad və Lənkəran rayon Vəkil Bürolarının 10 vəkili tərəfindən 38 vətəndaşa ödənişsiz hüquqi yardım göstərilib, onları maraqlandıran suallar cavablandırılıb, mülki və sosial təminat qanunvericiliyinin müddəaları izah edilib, yazılı və şifahi məsləhətlər verilib, yazılı ərizələr tərtib olunub.
    Müraciətlərin böyük hissəsi mülki, sosial təminat, ailə, səhiyyə, və s. hüquq sahəsi və bu sahədəki mübahisələr ilə bağlı olub.

    Bəhruz Seyidahmedli

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ