Müstəqil Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolu ilə inamla irəliləyir. Müstəqilliyimizin memarının, ümummilli liderimizin siyasi müdrikliyi sayəsində milli dövlətimizin gələcəyi üçün möhtəşəm tədbirlər həyata keçirilmişdir. Ölkədə hər şeydən vacib olan vətəndaş həmrəyliyi bərqərar olmuş, iqtisadiyyatda mühüm nailiyyətlər qazanılmışdır. Ölkəmiz dünyada lider dövlətə çevrilmişdir. “Əsrin müqaviləsi”nin reallaşdırılması nailiyyətlərimizin parlaq səhifəsi olmuşdur. Bir sözlə, doğma Azərbaycanımızın hazırda öz tarixinin ən parlaq mərhələsini yaşayır.unlar ölməz şəxsiyyət Heydər Əliyevin rəhbərliyi altında bütünlüklə xalqımızın uğurudur və Heydər Əliyev ideyalarının işığında bu uğurlar daha da artacaqdır. Bütün bunlar heç də asanlıqla əldə olunmamışdır.Müstəqilliyimizin ilk illərində xalqa onu məhv olmaq təhlükəsindən xilas edəcək bacarıqlı bir şəxsiyyət, əsil lider lazım idi. Və xalq çox düşünüb-daşınmadan dünyanın məşhur siyasətçilərindən biri olan, xalqımızın iftixarı Heydər Əliyevə müraciət etdi. Dahi rəhbərimiz həyatının təhlükədə olduğunu bilə-bilə xalqının səsinə səs verdi, yubanmadan Bakıya qayıdaraq istiqlal və qurtuluş tariximizə yeni parlaq səhifələr yazdı. Xarici və daxili siyasətdə möhtəşəm uğurlar qazanıldı.
Ümümmilli liderimizin 15 iyun 1993-cü ildə ölkə parlamentinə sədr seçilərkən demişdi: “Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrindən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harda olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Azərbaycan Respublikasının bundan sonra da onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcək”. Bu tarix o vaxt xalqa yeni və sarsılmaz ruh verdi, onu hər cür çətinlik və bəlalardan qurtulmağına inandırdı.Ulu öndərimizin yaratdığı Yeni Azərbaycan Partiyası xalqımızın nailiyyətlərinin keşiyində möhkəm dayanmışdır. Biz yaxşı dərk edirik ki, məhz Heydər Əliyevin titanik fəaliyyəti sayəsində Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qurulmuşdur. Əsas odur ki, böyük tarixi nailiyyəti göz bəbəyimiz kimi qoruyaq. Bəli, belə də olacaq! Bu gün xalqımızın müqəddəs arzuları partiyamızın lideri, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə inamla həyata keçirilməkdədir. Biz hamımız Azərbaycan xalqının, dövlətçiliyinin xilaskarı və yaradıcısı olan Heydər Əliyev irsinə daim sadiqik və bundan sonra da bu yolla addımlayacağıq.
Bizə yeni həyat bəxş etmiş ulu şəxsiyyətin 99-cu ildönümüdür. Azərbaycan xalqının dahi oğlunun pak əməlləri, müqəddəs ideyaları, arzuları və vəsiyyətləri həmişə yaşayacaqdır.
