Sizin reklam burada
Sizin reklam burada
  • AzTV-nin dörd işçisi "Lider"ə keçdi

    AzTV-nin dörd işçisi "Lider"ə keçdi AzTV-nin məşhur verilişlərindən olan “Kinoklub”un yaradıcısı Etibar Babayev kanaldan ayrılıb.
    Adıçəkilən kanalda həm də bədii rəhbər vəzifəsini tutmuş Babayev Lider TV-də eyni posta təyin olunub.
    Bundan başqa, AzTV-də fəaliyyət göstərən tanınmış rejissorlar İsfəndiyar Məcidoğlu və Elnur Məmmədov da Lider TV-yə keçiblər. Onların hər ikisinə bu kanalda məsul rejissor vəzifəsi həvalə olunub.
    Teleməkanda “Tarik” ləqəbi ilə tanınan operator Tanrıverdi Tanrıverdiyevin də bu şəxslərlə birgə Lider TV-yə işə düzəldiyi bildirilir.

    AzTV-nin dörd işçisi "Lider"ə keçdi

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ