Sizin reklam burada
Sizin reklam burada
  • İqtisadçı ekspertin bir şeirini oxudum...

    İttifaq MİRZƏBƏYLİ,
    Əməkdar jurnalis
    t

    Pərviz Heydərovu çoxdan, bəlkə də 20 ildən artıqdır ki, tanıyıram. İş yoldaşımız, müasir mətbuatın ən sayılıb-seçilən simalarından olan Telman Heydərovun oğludur.
    Bu prinspial, qətiyyətli və həyata açıq gözlə baxmağı bacaran gənc qarşıya qoyduğu məqsədə çatmağın uzmanıdır. Sərbəst gəzməklə bağlı problemi olduğuna görə neçə illərdir ki, araba ilə gəzir. Ancaq buna baxmayaraq həm orta məktəbi, həm də ali məktəbi ən yüksək göstəricilərlə başa vurub. İqtisadiyyatla bağlı qurumda işləyir.
    Bu gün dünyada və ölkəmizdə gedən iqtisadi və maliyyə proseslərinin səbəbini, nəticəsini və perspektivini hamıdan yaxşı bilən Pərviz Heydərov qəzet redaksiyalarının və xəbər portallarının proqnoz öyrənmək məqsədilə ən çox üz tutduğu ekspertlərdən biridir. Elə bir gün olmaz ki, bir neçə informasiya vasitəsində onun müsahibəsini və ya öz yazısını oxumayaq.
    Bugünlərdə isə öyrəndim ki, Pərviz Heydərov həm də ara-sıra şeirlər də yazırmış. Bu xəbər mənim üçün gözlənilməz olmadı. Çünki həyatəı dərindən dərk edib ürəkdən sevən adamın şeir yazması tamamilə təbiidir. Pərviz özü də bilir, biz də bilirik ki, Allah bir insana bir neçə qabiliyyəti verməz. Yəni ona tanınmış iqtisadçı ekspertlik verilibsə, tanınmış şairlik də verilməyəcək. Amma o da var ki, şairlərin hər bir şeirini gülə bənzədirlər. Yəni dünyada qızılgül, qərənfil və digər hamının tanıdığı güllərdən əlavə elə də tanınmayan, fəqət ətri, rayihəsi, rəngi, görünüşü ürək oxşayan güllər o qədərdir ki. Pərvizin şeiri də həmçinin. Pərviz Heydərovun bu şeiri bir də ona görə gözəldir ki, o, dünyanın insan üçün ən doğma, rəfiq, şəfqətli və ən cəfakeş olan insanına ANAya həsr olunub. Həm də böyük etiraf və səmimiyyətlə. Eşq olsun, Heydərov!

    İqtisadçı ekspertin bir şeirini oxudum...

    Pərviz HEYDƏROV,
    iqtisadçı-ekspert


    Mənim anam

    Ağ saçları zirvədəki bəyaz qardır,
    Laylasında sevgi, sevinc, arzu vardır.
    Eşidəndə düşünürəm bəxtiyardır ,
    Mənim anam, mənim anam.

    Üzündəki qırışları həyat yolu,
    Baxışları fərəh dolu, əzab dolu.
    Gecələri gah oyaqdır, gah yuxulu,
    Mənim anam, mənim anam.

    Ana dedim, can söylədi - yorulmadan,
    Səsi gəldi, nə səmimi, nə mehriban!
    Zərrə qədər çıxaydım kaş, o borcundan,
    Mənim anam, mənim anam.

    Hamı bilsin, anaların anasıdır,
    Gözəllikdə sonaların sonasıdır.
    Yaddaşlarda illər boyu qalasıdır,
    Mənim anam, mənim anam.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ