Sizin reklam burada
Sizin reklam burada
  • İstedadlı qələm əhli

      Esmira  İsmayılovanın yeni kitabı çapdan çıxıb

    Lənkəran Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru, İstedadlı publisist, şair, zəhmətkeş alim, pedaqoq Esmira İsmayılovanın  yeni kitabı işıq üzü görüb.

    "CBS Polygrafic production" nəşriyyatında nəfis şəkildə çapdan çıxan  “Abid Tahirli: həyatı, mühiti və yaradıcılığı” adlı sanballı monoqrafiya AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin  müdiri , filologiya elmləri doktoru, Lənkəran Dövlət Universitetinin professoru Abid Tahirlinin elmi, bədii, publisistik, pedaqoji fəaliyyətinə, keçdiyi mənalı və şərəfli həyat yoluna həsr olunub. Belə ki,  müəllif   yüksək təhlil bacarığına malik bir tədqiqatçı kimi ərsəyə gətirdiyi bu kitabda  öz qəhrəmanı barədə ədəbiyyatşünaslara  zəngin faktlar əsasında  ətraflı  məlumat təqdim edə bilib.

     Məlumat üçün  deyək  ki,  Azərbaycan ədəbiyyatşünaslıq elminin mühacirət qolunun formalaşdırılmasında, mühacir ədiblərin irsinin araşdırılmasında  qələm çalan  Abid Tahirlinin bu istiqamətdə yazdığı monoqrafiyaları, elmi məqalələri, bədii, publisistik əsərləri müxtəlif rakurslardan  kitabda təhlil edilib.  Monoqrafiya ədəbiyyatşünaslar, bu sahənin mühacirət qolunu araşdıran tədqiqatçılar, həmçinin tələbələr, magistrant və doktorantlar, eləcə də mühacirət ədəbiyyatı və mətbuatı ilə maraqlanan oxucular üçün nəzərdə tutulub.


     Ön söz, giriş, 5 fəsil və nəticədən ibarət “Abid Tahirli: həyatı, mühiti və yaradıcılığı” adlı nəşr Lənkəran Dövlət Universitetinin Elmi Şurasının qərarı əsasında çapa verilib,  onun elmi redaktoru filologiya elmləri doktoru, professor Kamran Kazımov, rəyçiləri filologiya elmləri doktoru, professor Nizami Məmmədov (Tağısoy), filologiya elmləri doktoru, professor Asif Rüstəmli, filologiya üzrə fəlsəfə doktoru, dosent Qədim Rufullayev, redaktoru  isə yazıçı-publisist Akif Cabbarlıdır.

    Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ