Sizin reklam burada
Sizin reklam burada
  • RUHUM AĞI ÜSTƏ KÖKLƏNİB BU GÜN...

    Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi İdarə Heyətinin üzvü, tanınmış telejurnalist, azman aydınımız Ramiz Məşədihəsənlinin vəfatı xəbərindən ruhuma çiskin, duygularıma sis, gözlərimə nəm çokdu. Əbədiyyət ayrılığı qəlbimə ələm ələdi...

    Bu qara xəbəri eşitmək ağır,
    Köksümə köz olan qəm-qüssə yağır,
    Fani dünya məni qəhərlə boğur,
    Ruhum ağı üstə köklənib bu gün.

    Dünya gözlərimdə əriyir şam-şam,
    Günəş qürub edir, nuru pərişan.
    İstərəm yanıqlı bir nəğmə qoşam,
    Ruhum ağı üstə köklənib bu gün.

    Bir ürək dayandı - el ilə vuran,
    Bir məslək qapandı, yaradıb-quran.
    Bir diləksə çilik - ülviyyət soran...
    Ruhum ağı üstə köklənib bu gün.

    İrəvanda dünyaya göz açan Ramiz Məşədihəsənli uzun illər Azərbaycan mətbuatı və televiziya sahəsində səmərəli fəaliyyət göstərib. Əmək fəaliyyətinə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında başlayıb, daha sonra Azərbaycan Dövlət Televiziyasında müxtəlif vəzifələrdə çalışaraq televiziya jurnalistikası sahəsində zəngin təcrübə qazanıb. Sonrakı illərdə müxtəlif televiziya kanalları və media qurumlarında fəaliyyətini davam etdirən Ramiz Məşədihəsənli jurnalist, publisist və televiziya mütəxəssisi kimi peşəkarlığı ilə tanınıb. Onun fəaliyyəti informasiya məkanının inkişafına, milli-mənəvi dəyərlərin təbliğinə və türk dünyası ilə media əlaqələrinin möhkəmləndirilməsinə mühüm töhfə verib.
    Mərhumun ailəsinə, doğmalarına, yaxınlarına və onu tanıyan hər kəsə dərin hüznlə başsağlığı verir, səbir diləyirəm.
    Allah rəhmət eləsin. Axirəti abad, ruhu şad olsun!

    Dərin ehtiramla, Tapdıq ƏLİBƏYLİ

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ