NİLUFƏR KİYANİ
(GÜNAY ARAZQIZI)
Acıxmışam
Neynirəm bu kal xoşluğu
Tək gülməyə acıxmışam
Dostlarımla bir kəlmə söz
Bölüşməyə acıxmışam
Dərd tikmişəm özüm boyda
Ağlamışam gözüm boyda
Dil odmuşam sözüm boyda
Tər kəlməyə acıxmışam
Ömrün boyun əyən gündən
Dilimə söz deyən gündən
Yavan yaşam yeyən gündən
Mən ölməyə acıxmışam
Həsrətimin kollərındə
Xəyalımın yollarında
Gözlərinin qollarında
Bükülməyə acıxmışam
