Sizin reklam burada
Sizin reklam burada
  • Mehdi Heybətli


    Mehdi Heybətli

    Əlyarın ad günü

    Şah "Buğurd" babamızdan, qalıb "Qaladərəsi",
    Çayı, gölü, meşəsi, gözəl dağ mənzərəsi,

    Yaşıl göl məkanında Əlyarın ad günündə,
    Sağlıqlar deyilirdi, onun bu şad günündə.


    Bir tərəfdə samavar, bir yanda manqal yanır,
    Aşbaz iş başındadır, əmlik quzu doğranır.

    Meşədən axan çayın ruha qidadır səsi,
    Hamı öz kefindədir, məst eləyir hər kəsi.

    Ləzzəti var burada, hər dəqiqə, hər anın,
    Sevinci şeş-beş vurur, Abının, Elimxanın.

    Bu dostluq bir qaladır, su keçməsin aradan,
    Səni bizə ay Əlyar, çox görməsin yaradan.

    Gölün rəngi yaşıldır, suyu isə dərindir,
    Bulağları məlhəmdi, içməlidi, sərindir.

    Əlyar, bu gün bu məclis sənin üçün quruldu,
    Ad günün qeyd edildi, möhürü də vuruldu.

    Altmış iki yaşını dostlar təbrik eyləyir,
    Sənə mənalı ömür, yüz il yaşa, söyləyir.

    Bu məclisə gəlmişik, daha xoş arzularla,
    Qalan ömrü ay Əlyar, çalış yaşa vüqarla.

    Süfrəyə düzülübdür, bütün şərablar meylər,
    Biri-birindən gözəl, sağlıq söyləyir bəylər.

    Əliheydər, Atamoğlan, Mehdi, bir də ki Adil;
    Əsaləddin söz deyir, Ənvər ilə, dilbədil.

    Yaşa əziz dostumuz, sağlam yaşa, düz yaşa,
    Dostların arzusudur, səni görüm, yüz yaşa.

    Uşaqlıq dostu

    Uşaqlıq dostum idi, həm qardaşım, sirdaşım,
    O, idi qonşuluqda, mənim yaxın yoldaşım.

    Palçıqdan ev tikərdik, sonra isə, sökərdik
    Qoyun quzu düzəldib, aradan xətt çəkərdik.

    Bütün günü bax belə palçıqla oynayardıq,
    Günün sonuna kimi, biz bir yerdə olardıq.

    Özümüzü həmişə, gümrah, sağlam sanardıq,
    Nə, o vaxtı istini, nə, soyuğu qanardıq.

    Baharın gəlişilə yerdən çör-çöp yığardıq.
    Novruz tonqalı qurub, üstündən tullanardıq.

    Yeddi yaşımız oldu, artıq məktəbə getdik.
    Bizdən böyük olana həmişə hörmət etdik.

    Əlqasım müəllimim əlifba öyrədirdi,
    Dördüncü sinifədək sinif rəhbərim idi.

    Yağış palçıq bimədik, bir böyüdük, biz qoşa,
    Polad kimi gəncliyi, bax belə vurduq başa.

    Mən, bir il də oxudum, o yollandı xidmətə.
    Çətin işlər başladı, düşdüm çox əziyyətə.

    Onlar üçün ot biçib, nobata da getmişəm,
    Nənəsin nənəm bilib, ona xidmət etmişəm.

    Aylar illər ötüşdü, vaxt tamama yetişdi,
    Hərbi xidmət müddətim payız ayına düşdü.

    Biləcəridən qatarla, hərbi xidmətə getdim,
    Rütbəm baş çavuş oldu, iki il qulluq etdim.

    Xidməti başa vurub, mən vətənə qayıtdım,
    Toyumu da etdilər, subaylıq daşın atdım.

    Tərbiyəli böyüdük, xətir - hörmət, qanacaq,
    Taleyin qismətidir, sonra olduq bacanaq.

    Yolumuz ayrı düşdü, biz kənarda dolaşdıq,
    Altmış iki yaşında, bir-birimizə yanaşdıq.

    Bu ahıl yaşımızda, daha biz, bir yerdəyik,
    Doqquz dostun arzusun, sona yetirəcəyik.

    Qardaşların ay Əlyar, səni təbrik eyləyir,
    Sinif yoldaşların da sağlam ömür diləyir.

    Əksik etməsin Allah çevrəmizdən dostları,
    Bu gün doğum günüdür, təbrik edək Əlyarı.

    Arzum budur şərəflə, qalan ömürü vur başa,
    Yaşa-yaşa, qardaşım, səni görüm yüz yaşa!

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ