Sizin reklam burada
Sizin reklam burada
  • Heidər Babayi (Cahan)


    Heidər Babayi (Cahan)
    Cənubi Azərbaycan şairi

    Qoşma

    Gecəni istəsən düzüm telinə
    Ulduzları bir bir səna sayım mən
    Saçına bağladım qısda ömrümü
    Saçını qısdaltma qoy yaşayım mən

    Sən bir sarı çiçək mən bir kəpənək
    Saçın həvəsində çırpanır ürək
    Sanilən yediğım bu duz bu çürak
    Saçını gısdaltma qoy yaşayım mən

    Döşündə var bir cüt kəklik fərəsi
    Yasəmən qoxusu yarpız nəfəsi
    Telinə bağlıdır mahnımın səsi
    Saçını qısdaltma qoy yaşayım mən

    Gözümün ışıqı qözünə bağlı
    Sənsizligim gəzir ürəgi dəğlı
    Alır horüklərin huşumu ağlı
    Saçını qısdaltma qoy yaşayım mən

    Gəraylı

    Bir gun yaşıl bahar çağı
    Sokub qazıb bu torpağı
    Becərdib armud budağı
    Bu ağacı əkən adam

    Budaxlanıb kölgə salıb
    Oğlan qız dovrasin alıb
    Heç görəsən harda qalıb
    Bu ağacı əkən adam

    Əkib gedib izi qalır
    Konlumuzdə sozu qalır
    Bəlkə oğlu qızı qalır
    Bu ağacı əkən adam

    Əkib gedib adı şirin
    Adı aziz adı şirin
    Ağızlarda dadı şirin
    Bu ağacı akən adam

    Gedim

    ‌Çox istəyirsən səni atım gedim?
    Bir saat dizin üstə yatım gedim

    Mavi bir dəniz ol dalğalan mənə
    Mən bir ay kimi səndə batım gedim

    Tabşırım sənə bu şeir dəftərimi
    Dahı hərnə varımdır satım gedim

    Xəyalım küçənizdən da geşməsin
    Yəhərlənib qapıda goy atım gedim

    Damla damla yağış tək süzüm yerə
    Özümü axan selə qatım gedim

    Qaçım gozundən itim görməyəsən
    Qaçım gedən qatara çatım gedim

    Sən öl desən ölüm get desən gedim
    Bir saat dizin üstə yatım gedim

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ