Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycanda bəzi saytlar rəsmən bloklandı - SİYAHI

    Azərbaycanda bəzi saytlar rəsmən bloklandı - SİYAHI Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin azadliq.info, azadliq.org, azərbaycansaati.com, Meydan.tv saytlarını, "Turan” telekanalı (Turan TV) və “Azərbaycan saatı” teleproqramlarının bloklanması ilə bağlı məhkəmə başa çatıb.
    Səbael Rayon Məhkəməsində hakim Nurəddin Bağırovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, qeyd olunan saytlar bloklanıb. Rabitə Naziliyinin tələbi qəbul edilib.
    Qeyd edək ki, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi “Azadlıq” qəzetinin azadliq.info, “Azadlıq” radiosunun azadliq.org saytları, həmçinin, azərbaycansaati.com, Meydan.tv saytlarını, “Turan” telekanalı (Turan TV) və “Azərbaycan saatı” teleproqramlarının bloklanması ilə bağlı Səbail Rayon Məhkəməsinə müraciət edib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ